Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib (10 Mart 2017 13:02)
Heydər Əliyevin tələbə yoldaşları ilə - FOTOLARI (03 Mart 2017 11:34)
Heydər Əliyevin universitetdə yeni FOTOLARI (03 Mart 2017 09:53)

Tarix: 12 Dekabr 2015 14:47

Bakı. 12 dekabr. REPORT.AZ/ Lənkəranda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. "Report"un məlumatına görə, ilk olaraq Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli liderin abidəsini ziyarət etdikdən sonra ümumxalq ziyarəti başlayıb. 
Heydər Əliyev xatirə parkına gələn lənkəranlılar, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər İcra hakimiyyətinin rəhbər işçiləri ulu öndərin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Daha sonra ziyarət Heydər Əliyev Mərkəzində davam edib. İcra başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə bir daha yaxından tanış olub, dahi rəhbərin xatirəsini anıblar.



Teqlər:  Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb



RƏYLƏR


Top xəbərlər