Nəsib Qaramanlı: Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri var

Nəsib Qaramanlı: Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri var
14:48 12 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının on ikinci ildönümü ilə əlaqədar dahi şəxsiyyətə hörmət və ehtiramını bildirmək üçün Fəxri xiyabana gələnlər arasında "Vətən səsi" qəzetinin baş redaktorunun müavini Nəsib Qaramanlı da vardı.
N.Qaramanlı AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri var. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranıb. Azərbaycanın milli jurnalistikası Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi şəxsiyyət Heydər Əliyev bütün həyatını xalqımızın bu gününə və gələcəyinə həsr edərək güclü, qüdrətli Azərbaycanı bizə bəxş edib. Ümummilli Liderimiz hər zaman azərbaycanlı olması ilə fəxr etdiyi kimi, bizlər də Heydər Əliyevin ən böyük əsəri olan müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nesib_Qaramanli_Azerbaycanda_saglam_ve_pesekar_metbuatin_formalasmasinda_Heyder_Aliyevin_evezsiz_xidmetleri_var-910680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR