Rusiyanın xalq artisti vəfat edib

14:52 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu barədə məlumatı aktyorun uzun illlər çalışdığı Mayakovski Teatrı yayıb.
Aktyorla vida mərasimi dekabrın 14-də Mayakovski Teatrında olacaq və həmin gün torpağa tapşırılacaq. 
Qeyd edək ki, İqor Kaşinçev 1932-ci ildə anadan olub.
1955-ci ildə MXAT studiya məktəbini bitirən İqor Kaşinçev 7 teatrda çalışıb. 1963-cü ildən kinoya da çəkilməyə başlayan aktyor, kinoda ikinci dərəcəli rolların əvəzsiz ifaçılarından biri olub.
Onun yaratdığı fırıldaqçı, avanturist, mafia nümayəndəsi rolları tamaşaçıların rəğbətini qazanıb. "Fitil" yumoristik kino-jurnalında çəkilən aktyor, həm də bədii qiraətçi kimi tanınıb.
Mərhum aktyor 22 il Mayakovski Teatrında çalışıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/rusiyanin-xalq-artisti-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR