Nazir müavini: Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir

Nazir müavini: Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
14:53 12 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Azərbaycanda keçiriləcək "Formula-1" yarışına ciddi hazırlıq gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin muavini İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir: "Azərbaycan yeganə ölkədir ki, bu ölkədə bütün tədbirlər yüksək səviyyədə keçirilir. Eləcə də "Formula-1" yarışına yüksək səviyyədə hazırlıq gedir".

Nazir müavini əlavə edib ki, sonda Beynəlxalq Avtomobil Federasiyası hazırlıqla maraqlanıb öz təkliflərini verəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2468870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR