Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Ceyms Ellison: "Ferrari" yarışlarda "Mercedes"i ötüb keçmək gücündədir"

​Ceyms Ellison: "Ferrari" yarışlarda "Mercedes"i ötüb keçmək gücündədir"

Date: 12 December 2015 14:57

Bakı. 12 dekabr. REPORT.AZ/ "Fikrimcə "Ferrari" yarışda "Mercedes"i ötüb keçmək gücündədir".
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bunu "Formula 1" yarışlarında çıxış edən "Ferrari"nin texniki direktoru Ceyms Ellison bildirib.
"Skuderiya"nın texniki direktoru "Mercedes"ə qalib gəlmək üçün bütün imkanlarının olduğunu deyib.
O, qarşıdakı yarışlarda yetirmələrinin lider kürsüsünə qalxacağından əmin olduğunu söyləyib: "İnanıram ki, 2016-cı ildə daha güclü olacağıq. Düzdür, danışmaq asan, ancaq iş görmək çətindir. Bizim avtomobillər "Mercedes" kimi əla deyil, amma üç Qran-Pridə birinci olmağa müvəffəq olmuşuq.".
Qeyd edək ki, bu ilki yarışlarında "Ferrari"nin pilotu Sebastyan Fettel yalnız üç yarışda qalib gələrək, fərdi hesab üzrə üçüncü yerə layiq görülüb.

Tags:  Ceyms Ellison Ferrari yarışlarda Mercedesi ötüb keçmək gücündədir


RƏYLƏR


Top news