Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun üçüncü konteyner qatarı Azərbaycana çatıb

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun üçüncü konteyner qatarı Azərbaycana çatıb
14:58 12 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə) ilə hərəkət edən Çinin Lyanunqan vilayətindən yola düşən üçüncü konteyner qatarı dekabrın 11-də Azərbaycana çatıb.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, «Qazaxıstan temir jolı» SC, «Çin Dəmir Yolları», «Azərbaycan Dəmir Yolları» QSC və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətə davamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılması işinə təşkilati yanaşma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, «Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı» marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bu il avqustun 3-də çatmışdır.
Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət olan ikinci konteyner qatarı sentyabr ayının sonunda, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatmışdır.
Qeyd edək ki, əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.
Sabah Gürcüstanda 21 vaqondan ibarət üçüncü konteyner qatarının qarşılanma mərasimi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Transxezer_Neqliyyat_Marsrutunun_uchuncu_konteyner_qatari_Azerbaycana_chatib-910685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR