Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ağstafada ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon tədbiri keçirilib

Ağstafada ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon tədbiri keçirilib

Date: 12 December 2015 15:03


Ağstafa, 12 dekabr, Famil Quliyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatların nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək düzərək, xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzində davam etdirilən anım mərasimində iştirakçılar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar.



Tags:  Ağstafada ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon tədbiri keçirilib


RƏYLƏR


Top news