Təhsil şöbəsinin müdiri işdən qovuldu

Təhsil şöbəsinin müdiri işdən qovuldu
15:12 12 Dekabr 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az-ın report-a istinadən verdiyi məlumata görə, RTŞ müdiri Almaz Həşimovanın işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğu bildirilir.

A.Həşimova bu vəzifəyə 2010-ci ildə təyin olunub. Füzuli RTŞ-nin müdiri vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, rayon təhsil şöbəsinin müdirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Təhsil Nazirliyi ilə razılaşdırılmaqla rayon icra hakimiyyəti başçılarının sərəncamı ilə həyata keçirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR