Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sumqayıt" "İnter"ə qalib gəldi (VİDEO)

"Sumqayıt" "İnter"ə qalib gəldi (VİDEO)

Date: 12 December 2015 15:16

Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun ilk oyun günündə 2 matç baş tutub.

ANS PRESS-in məlumatına görə, ötən gün "Kəpəz" "Rəvan"ı, "İnter" isə "Sumqayıt"ı qəbul edib.

"İnter" - "Sumqayıt" oyununda hesab artıq matçın 2-ci dəqiqəsində açılıb. Beləki, "Sumqayıt"ın heyətində Amil Yunanov adını tabloya yazdırıb. 32-ci dəqiqədə isə, Slavik Alxasov hesab arasındakı fərqi ikiyə yüksəldib.

Ancaq bu da oyunda vurulan son qol olmayıb. 39-cu dəqiqədə "Sumqayıt"ın heyətində Amil Yunanov özünün ikinci, komandasının isə, 3-cü qolunu vurub. "İnter"in cavabı isə, oyunun 1-ci hissəsinin əsas vaxtının sonuna 1 dəqiqə qalmış gəlib. Yuri Fomenko hesab arasındaki fərqi azaldıb. 52-ci dəqiqədə isə, "İnter"in futbolçusu Elnur Abdullayev oyunda vurulan son qola müəlliflik edib. Beləliklə, "İnter" - "Sumqayıt" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


"İnter" - "Sumqayıt" oyunu

Bu oyundan fərqli olaraq, "Kəpəz" - "Rəvan" matçında qapılara qol vurulmayıb və matç 0:0 hesabı ilə başa çatıb. Turun qalan 3 oyunu isə, sabah baş tutacaq. Beləki, bazar günü AZAL - "Xəzər Lənkəran", "Qəbələ" - "Neftçi" və "Zirə" -
"Qarabağ" oyunları ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqasının turnir cədvəli

Tags:  Sumqayıt İnterə qalib gəldi VİDEO

RƏYLƏR


Top news