Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaponiya Hindistanla silah təchizatı məsələsində razılıq əldə edib

Yaponiya Hindistanla silah təchizatı məsələsində razılıq əldə edib

Date: 12 December 2015 15:17

Bakı. 12 dekabr. REPORT.AZ/ Yaponiya və Hindistan müdafiə məqsədli silah ticarəti, eləcə də hərbi texnologiyalarla bağlı məlumatların qorunmasını birgə təmin etmək barədə saziş imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Yaponiyanın baş naziri Sindzo Abe və onun hindistanlı həmkarı Narendra Modi arasında Nyu Dehlidə aparılan danışıqların yekununda qəbul olunub.
Sənəd eyni zamanda Yaponiyaya US-2 amfibiya-təyyarələrinin Hindistana göndərilməsi ilə bağlı danışıqları sürətləndirməyə imkan verir. Razılaşma həmçinin silah nümunələrinin taktiki-texniki xarakteristikaları ilə bağlı məxfi məlumatların qorunmasına sərt nəzarətin olmasını tələb edir.

Tags:  Yaponiya Hindistanla silah təchizatı məsələsində razılıq əldə edib

RƏYLƏR


Top news