Heydər məscidində ilk dəfə xütbə oxunub - fotolar

Heydər məscidində ilk dəfə xütbə oxunub - fotolar
15:21 12 Dekabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıdakı Heydər Məscidində Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Axşam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, mərasim zamanı Heydər məscidində ilk dəfə olaraq camaat namazı qılınıb, Heydər Əliyevin ruhuna dualar oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub. Şeyxülislam bütün şəhidlərə Allahdan rəhmət diləyib. O bildirib ki, bundan sonra tanınmış dindarlar Heydər məscidində xütbə oxuyacaqlar. A. Paşazadə qeyd edib ki, Yaxın Şərq regionunda Heydər Məscidi qədər əzəmətli məscid yoxdur.

Daha sonra şeyxülislam Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O deyib ki, Heydər Əliyevlə ilk dəfə 80-ci illərin ortalarında görüşməyə nail olub:

“O vaxt bizim görüşümüz haqda “Kommunist” qəzetində yazı verilmişdi. O dövr üçün bu, imkansız olsa da, Heydər Əliyev məni qəbul etdi. Biz Heydər Əliyevlə Məkkədə olarkən mənə dedi ki, hər zaman buranı ziyarət etmək arzusunda olub. Azərbaycan 90-cı illərində dağılmaq üzrə idi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bünövrəsini qoydu. Onun yaratdığı dövlət bu gün dünyada tanınır. Allah Heydər Əliyevə rəhmət eləsin!”

A. Paşazadə “Günəşli” platformasında həyatını itirən vətəndaşlara da rəhmət diləyib.









Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR