Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir müavini: "Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir"

Nazir müavini: "Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir"

Date: 12 December 2015 15:22

Azərbaycanda keçiriləcək "Formula-1" yarışına ciddi hazırlıq gedir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin muavini İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir: "Azərbaycan yeganə ölkədir ki, bu ölkədə bütün tədbirlər yüksək səviyyədə keçirilir. Eləcə də "Formula-1" yarışına yüksək səviyyədə hazırlıq gedir".

Nazir müavini əlavə edib ki, sonda Beynəlxalq Avtomobil Federasiyası hazırlıqla maraqlanıb öz təkliflərini verəcək.

Milli.Az


Tags:  Nazir müavini Azərbaycanda Formula-1 yarışına ciddi hazırlıq gedir


RƏYLƏR


Top news