Gəncədə fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb

15:23 12 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gəncədə fəhlə çoxmərtəbəli binadan yıxılaraq vəfat edib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binanın təmiri zamanı baş verib.

Təmir işlərini həyata keçirən Tərtər rayon sakini 30 yaşlı Zabil Allahverdiyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Dərhal Gəncə şəhər TTYX-yə çatdırılan yaralının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Görülən bütün tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2468886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR