Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “Günəşli” yatağında xəsarət alanlara baş çəkiblər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “Günəşli” yatağında xəsarət alanlara baş çəkiblər
15:28 12 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) nümayəndələri “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəzada xəsarət alan neftçilərə baş çəkiblər.
YAP GB-dan AZƏRTAC-a bildiriblər ki, gənclər Mərkəzi Neftçilər Xəstəxanasına gələrək işçilərin səhhəti və müalicəsi ilə maraqlanıb, bu barədə həkimlərdən məlumat alıblar. YAP Gənclər Birliyinin üzvləri belə faciəli hadisənin baş verməsindən təəssüfləndiklərini bildiriblər. Qeyd ediblər ki, bu qəza cəmiyyətin bütün üzvlərini, o cümlədən gənclərimizi də dərindən kədərləndirib. Gənclər müalicə olunan işçilərin tezliklə sağalmalarını arzulayıb, həlak olanlara rəhmət diləyiblər.
Həkimlər bildiriblər ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan işçilərin heç birinin həyatı üçün ciddi təhlükə yoxdur. Onların müalicəsi ilə peşəkar həkimlər məşğul olurlar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Azerbaycan_Partiyasi_Gencler_Birliyinin_uzvleri_Gunesli_yataginda_xesaret_alanlara_bas_chekibler-910697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR