Sumqayıtda icra olunan “Yaşıl düşüncə” ekoloji maarifləndirmə kampaniyasına yekun vurulub

Sumqayıtda icra olunan “Yaşıl düşüncə” ekoloji maarifləndirmə kampaniyasına yekun vurulub
15:38 12 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
“Sağlam Düşüncə” Gənclər Təşkilatının (SDGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Yaşıl düşüncə” ekoloji maarifləndirmə kampaniyası çərçivəsində məktəblilər arasında keçirilən debat natiqlik turnirinə yekun vurulub.
SDGT-dən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt “Gənclər evi”ndə ekoloji mövzuda keçirilən turnirin finalında 25 və 28 nömrəli orta məktəblərin komandaları “Ətraf mühitin qorunması üçün təbii resursların istifadəsi məhdudlaşdırılmalıdır” mövzusunu müzakirə ediblər. Oyunu idarə edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyin münsiflər heyətinin qərarına əsasən 25 nömrəli orta məktəbin komandası “Yaşıl düşüncə kuboku”na sahib olub.
Bununla da SDGT Şuranın maliyyə yardımı ilə bu ilin sentyabr-dekabr aylarında Sumqayıtda icra etdiyi ekoloji kampaniyanı başa çatdırıb. Kampaniyanın məqsədi ekoloji maarifləndirmə işlərinin gücləndirilməsi, gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyət hissinin formalaşdırılmasıdır. Layihə çərçivəsində ekoloji problemlərin həllində gənclərin roluna dair sessiyalar, debat yarışları, veloyürüşlər təşkil edilib, sənədli filmlər nümayiş olunub, müzakirələr aparılıb.
Kampaniyasının tərəfdaşı qismində çıxış edən “Təbiət Dostları” Gənclər Təşkilatı, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər ekoloji tərbiyə və təcrübəçilik mərkəzi ekoloji maarifləndirmə tədbirlərinin davam etdirilməsi məqsədilə yeni fəaliyyət planının hazırlanmasını qərara alıblar.
Yarandığı gündən ekoloji maarifləndirməni əsas fəaliyyət istiqaməti seçən SDGT bu sahədə bir çox layihələrin icraçısı və tərəfdaşı olub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_icra_olunan_Yasil_dusunce_ekoloji_maariflendirme_kampaniyasina_yekun_vurulub-910701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR