Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ümummilli lider Heydər Əliyev Pakistanda anılıb

Ümummilli lider Heydər Əliyev Pakistanda anılıb

Date: 12 December 2015 15:48

Bakı. Trend:

Dekabrın 12-də Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirilib.

Səfirliyin diplomatları və Pakistanda yaşayan azərbaycanlıların iştirak etdiyi tədbirdə çıxış edənlər ümummilli liderin Azərbaycanın tarixində oynadığı müstəsna roldan, həyata keçirdiyi milli dövlət quruculuğu siyasəti və Azərbaycançılıq ideyalarından danışıblar. Qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik və iqtisadi-sosial tərəqqi əldə edilib, Azərbaycan xalqının milli maraqlarının əsas götürüldüyü xarici siyasət xətti formalaşdırılıb, qısa müddətdə Azərbaycan regionun və dünyanın dəyər verdiyi ölkəyə çevrilib. Bütün bu uğurlar ümummilli liderin gərgin əməyinin, yorulmaz fəaliyyətinin və yuxusuz gecələrinin hesabına başa gəlib. Heydər Əliyevin bərqərar etdiyi milli quruculuq siyasəti, islahatlar, qlobal əhəmiyyətli layihələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İslamabaddakı Bari İmam ziyarətgahında ümummilli liderin ruhuna dualar oxunub, ehsan verilib.

Pakistanın “Diplomatic Star” jurnalında, “Pakistan in the world” və “Daily Azkaar” qəzetində Heydər Əliyevin həyat və quruculuq fəaliyyətini əks etdirən “Heydər Əliyevi, Azərbaycanın böyük rəhbərini anarkən” sərlövhəli məqalə dərc olunub. Məqalədə ümummilli liderin Azərbaycan xalqının rifahı və dövlətçiliyinin qorunması və inkişafı yolundakı misilsiz xidmətlərindən bəhs olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ümummilli lider Heydər Əliyev Pakistanda anılıb

RƏYLƏR


Top news