Küveytdə Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Küveytdə Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
15:53 12 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 12-də Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

Mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, Küveytin ictimai, siyasi xadimləri iştirak edib.

Öncə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verildi. Həmçinin təməli ulu öndər tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə tədbir iştirakçılarına məlumat verildi.

Bununla yanaşı, səfirlikdə ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirildi. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa etdilər.

Eyni zamanda Küveytin ədliyyə və vəqflər nazirinin müavini Adil Abdulla Əl-Fəllah tərəfindən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən və ərəb dilində yazılmış “Heydər Əliyev və milli dəyərlər” kitabı, həmçinin millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmovun müəllifi olduğu və səfirlik tərəfindən ərəb dilinə tərcümə olunmuş “İlham Əliyev - Bioqrafiya davam edir” kitabı tədbir iştirakçılarına paylanılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR