Pekində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Pekində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
15:53 12 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Pekindəki azərbaycanlı tələbələrin və iş adamlarının iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ümummilli lider Heydər Əliyevin həyatından, dövlətçilik məktəbindən danışıb. Ulu Öndərin müasir Azərbaycan tarixindəki böyük roluna toxunan səfir qeyd edib ki, məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı.
Azərbaycanın hazırki inkişafının əsasını da Heydər Əliyevin qoyduğunu diqqətə çatdıran səfir Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni-yeni nailiyyətlər qazandığını, beynəlxalq müstəvidə nüfuzunun artdığını diqqətə çatdırıb.
Diplomat Heydər Əliyevi yalnız Azərbaycan miqyasında deyil, həmçinin dünya siyasətində nadir, seçilən şəxsiyyət kimi xarakterizə edərək, onun Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrdən söz açıb.
Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Tədbir iştirakçıları Ümummilli Liderin anım gününə həsr edilən kitab sərgisi ilə tanış olublar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pekinde_ulu_onder_Heyder_Aliyevin_xatiresi_anilib-910704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR