Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyanın xalq artisti vəfat edib

Rusiyanın xalq artisti vəfat edib

Röya Ağdamda, Aygün Bakıda... (17 Mart 2017 14:12)
Leyla Əliyeva xalq artistini təbrik etdi - FOTO (13 Mart 2017 11:43)
"Eşşək arabası ilə gəzməyəcəm ki…" - "Porsche" sürən xalq artisti (11 Mart 2017 16:32)

Tarix: 12 Dekabr 2015 16:11

Rusiyanın xalq artisti, teatr və kino aktyoru İqor Kaşinçev vəfat edib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı aktyorun uzun illlər çalışdığı Mayakovski Teatrı yayıb. Aktyorla vida mərasimi dekabrın 14-də Mayakovski Teatrında olacaq və o, elə həmin gün torpağa tapşırılacaq.

Qeyd edək ki, İqor Kaşinçev 1932-ci ildə anadan olub.

1955-ci ildə MXAT studiya məktəbini bitirən İqor Kaşinçev 7 teatrda çalışıb. 1963-cü ildən kinoya da çəkilməyə başlayan aktyor burada ikinci dərəcəli rolların əvəzsiz ifaçılarından biri olub.

Onun yaratdığı fırıldaqçı, avantürist, mafiya nümayəndəsi rolları tamaşaçıların rəğbətini qazanıb. "Fitil" yumoristik kino-jurnalında çəkilən aktyor həm də bədii qiraətçi kimi tanınıb.

Mərhum aktyor 22 il Mayakovski Teatrında çalışıb.

Teqlər:  Rusiyanın xalq artisti vəfat edib



RƏYLƏR


Top xəbərlər