“Veçernıy Nyu-York” qəzeti: “Heydər Əliyevi xatırlayaraq”

“Veçernıy Nyu-York” qəzeti: “Heydər Əliyevi xatırlayaraq”
16:18 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 12 dekabr, AZƏRTAC 
Nyu-Yorkda nəşr edilən rusdilli “Veçernıy Nyu-York” qəzeti “Heydər Əliyevi xatırlayaraq” sərlövhəli məqalə dərc edib. Məqalə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr edilib. Məqalədə Heydər Əliyevin həyatı və siyasi karyerasından, onun Azərbaycanı xarici və daxili düşmənlərdən qorumaq, qərb ölkələri ilə energetika əlaqələri yaratmaq yolu ilə ölkə iqtisadiyyatını bərpa etmək cəhdlərindən və Azərbaycan cəmiyyətində tamhüquqluluğun bərqərar olmasından yazılıb. Qəzet redaksiyası Heydər Əliyevin vəfatına o vaxtın dünya liderlərinin, o cümlədən ABŞ Prezidenti Corc Buş, Fransa Prezidenti Jak Şirak, Böyük Britaniyanın Baş naziri Toni Bleyer, Çin Xalq Respublikasının sədri Xu Tszintao, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, habelə Rusiya Prezidenti Vladimir Putinin münasibətlərini də məqaləyə əlavə edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vecherniy_Nyu_York_qezeti_Heyder_Aliyevi_xatirlayaraq-910714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR