30 yaşlı kişi faciəli şəkildə öldü

30 yaşlı kişi faciəli şəkildə öldü
16:21 12 Dekabr 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə ehtiyyatsız davranma usta işləyən şəxsin həyatına son qoyub. Hadisə şəhərin Heydər Əliyev 90 ünvanında qeydə alınıb.

Gəncə Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, H.Əliyev 90 ünvanında yerləşən hündürmərtəbəli binanın üzərinə aqlay vurmaqla məşğul olan usta, Tərtər rayonu, Z. Əhmədov ev 29 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü Zabil Camal oğlu Allahverdiyev işlədiyi hündürmərtəbəli binada təmir işləri apararkən ehtiyyatsız davranması nəticəsində quraşdırılmış dəmir konstruksiyadan yerə yıxılıb.

Açıq kəllə-beyin travması alan Z. Allahverdiyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı aldığı xəsarətlərin ağırlığından xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oktyabr ayının 2-də də Bakıda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

Xətai rayonunda baş verən hadisə zamanı Bakı şəhər sakini Ramil Abbasov işlədiyi Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində yerləşən yeni inşa edilməkdə olan 18 mərtəbəli binanın 18-ci mərtəbəsindən yıxılıb.

Abbasov xəsarətlərinin ağırlığından yerindəcə dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR