Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şamaxılılar Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüblər

Şamaxılılar Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüblər

Date: 12 December 2015 16:28


Şamaxı, 12 dekabr, AZƏRTAC
Şamaxılılar ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünü ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, anım günü minlərlə Şamaxı sakini, o cümlədən rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyətin çoxsaylı nümayəndələri səhər saatlarında ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, böyük xilaskarın xatirəsinə ehtiramlarını bildirib, abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə gəliblər. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən fotolarla tanış olublar.
Sonda Ümummilli Liderə həsr olunan “Sən həmişə bizimləsən” sənədli filminə baxış keçirilib.


Tags:  Şamaxılılar Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüblər


RƏYLƏR


Top news