Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Heydər məscidində ehsan verilib

Heydər məscidində ehsan verilib

Oğulluğu İlhamənin il mərasiminə getmədi - FOTOLAR (25 Fevral 2017 15:18)
"Heydər" məscidində Xocalı qurbanları anılıb (24 Fevral 2017 16:12)

Tarix: 12 Dekabr 2015 16:34

Bu gün Bakıdakı Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib.

APA-nın xəbərinə görə, ehsan mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, din xadimləri, millət vəkilləri və başqa şəxslər iştirak ediblər.

 

A. Paşazadə çıxış edərək bildirib ki, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 1, 2 və 3 saylı uşaq evlərinə, habelə Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi – uşaq bağçasına ehsan göndərilib.

 

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edib. O, Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıb. F. Heydərov bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib.

 

Millət vəkili əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisidir: “Bu gün Azərbaycan xalqı bu kədərli günü qeyd edir. Heydər Əliyevi sevənlər bu gün onun məzarını ziyarət edirlər”.

 

Sonra Heydər Əliyevin və Qarabağ şəhidlərinin ruhuna dualar oxunub.

 



Teqlər:  Heydər məscidində ehsan verilib



RƏYLƏR


Top xəbərlər