Neqredo "Barselona"nın təklifini rədd etdi

Neqredo "Barselona"nın təklifini rədd etdi
16:37 12 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Valensiya"nın hücumçusu Alvaro Neqredo qış transfer pəncərəsi dövründə icarə əsasında "Barselona"ya keçməkdən imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Neymar, Suarez və Messi kimi hücumçuları olan "Barsa"da əsas heyətə düşməkdə çətinlik çəkəcəyini əsas gətirərək bu qərarı qəbul edib. Bundan başqa, Neqredo ümid edir ki, Qari Nevillin "Valensiya"da baş məşqçi postuna gəlməsindən sonra daha çox meydana çıxmaq imkanı qazanacaq. Təcrübəli hücumçunun əsas məqsədi AVRO-2016-da İspaniya millisinin heyətinə düşməkdir.
Qeyd edək ki, bir ay öncə Neqredo appendisitdən əməliyyat olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR