Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib

Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib

Date: 12 December 2015 16:48


Tbilisi, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda da ehtiramla yad edilib.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Rustavi şəhərinə gələrək buradakı Heydər Əliyev Parkında da Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Səfir A.Hüseyn burada ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Tags:  Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib


RƏYLƏR


Top news