Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Date: 12 December 2015 16:53


Bakı, 12 dekabr, AZƏRTAC 
Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuş ulu öndər Heydər Əliyevin ömür yolundan danışıb. O, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırıb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ramiz Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olaraq Sovet İttifaqı kimi nəhəng dövlətin siyasi rəhbərliyində təmsil edildiyini vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu əməli fəaliyyəti ilə göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər müasir dövrümüzdə azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli mənəvi tərəqqisi üçün möhtəşəm işlər həyata keçirib. Bu gün Azərbaycanın neft strategiyasında qazandığı uğurların əsasını ulu öndər Heydər Əliyev qoyub. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaq.
Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər müasir müstəqil dövlətimizin banisi və qurucusu ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri qeyd olunub, dahi rəhbərin qoyduğu irsin daim yaşayacağı bildirilib.







Tags:  Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib


RƏYLƏR


Top news