Müasir Azərbaycan dövlətinin tarixi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır

Müasir Azərbaycan dövlətinin tarixi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır
16:58 12 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Zərdab, 12 dekabr, AZƏRTAC
Zərdabda ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar ümumrayon mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasiminin iştirakçıları dekabrın 12-də səhər Heydər parkına gələrək Ümummilli Liderin abidəsi önünə çiçəklər düzüblər.
Parkda təşkil olunan tədbirdə “Heydər Əliyev müstəqil, demokratik, dinamik inkişaf edən Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə dinlənilib. Qeyd edilib ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Canlı əfsanəyə çevrilən Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl azərbaycanlı idi.
Çıxışlarda Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olduğu vurğulanıb. Bildirilib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı, regionlarda görülən genişmiqyaslı abadlıq və quruculuq işləri, insanların sosial problemlərinin həlli istiqamətində atılan cəsarətli addımlar, müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Heydər Əliyev ideyalarının təntənəsidir.
Sonra məktəblilərin hazırladığı kompozisiya nümayiş etdirilib.
Mərasim iştirakçıları Ulu Öndərin anım gününə həsr olunan müsabiqədə qalib gələn divar qəzetlərinin, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi və foto-stendlərlə tanış olublar.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə iştirakçılar burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-sərgilər və digər sənədlərlə tanış olub, sənədli filmə baxıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muasir_Azerbaycan_dovletinin_tarixi_ulu_onder_Heyder_Aliyevin_adi_ile_six_baglidir-910725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR