Elmi şuranın iclasında Tarix İnstitutunun illik hesabatı təqdim olunub

Elmi şuranın iclasında Tarix İnstitutunun illik hesabatı təqdim olunub
17:03 12 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda institutun illik hesabatı barədə məruzə dinlənilib.
Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıb.
Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib. Dahi azərbaycanlı Heydər Əliyevin respublikaya rəhbərliyi dövründəki fəaliyyətinin nəticəsi olaraq, 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu təsbit edilib.
Y.Mahmudov vurğulayıb ki, Ümummilli Lider zəkası, müdrikliyi, uzaqgörən siyasəti, bacarığı və qətiyyəti sayəsində Azərbaycanı xaosdan, parçalanmaqdan və məhv olmaqdan xilas edib. Müdrik siyasətçi Heydər Əliyev xalqımızın və dövlətimizin tarixində xüsusi yeri və rolu olan dahi şəxsiyyətdir.
Sonra iclasda 2015-ci ildə Tarix İnstitutunda çap olunan 26 kitabın təqdimatı olub.
Bildirilib ki, cari ildə Y.Mahmudovun “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və “Azərbaycan və Avropa” kitabları italyan, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ispan və ingilis, “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitabı isə Azərbaycan, ingilis və rus dillərində çap olunub.
Bu il, həmçinin bir qrup tarixçi alimin də kitabları nəşr edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmi_suranin_iclasinda_Tarix_Institutunun_illik_hesabati_teqdim_olunub-910728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR