Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İstanbul dünyanın 20-ci meqa şəhəri seçilib

İstanbul dünyanın 20-ci meqa şəhəri seçilib

Date: 12 December 2015 17:03


Bakı, 12 dekabr, Nihad Budaqov, AZƏRTAC
İstanbul qlobal ticarət və daşınmaz əmlak fəaliyyətləri üzrə şəhərlərin seçildiyi “Global300” araşdırmasında dünyada 20-ci, Avropada isə 4-cü sırada qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, Jones Lang LaSalle (JLL) şirkəti “Global300” araşdırmasının nəticələrini açıqlayıb. Araşdırmaya görə, dünyanın ən böyük iş mərkəzləri və daşınmaz əmlak bazarlarının seçildiyi 30 şəhər arasında İstanbul 20-ci sırada qərarlaşıb. Avropa şəhərlərinin sıralamasında isə İstanbul 4-ci yeri tutub.
Qeyd edilir ki, sürətlə böyüyən iqtisadiyyatı və əhalisinin çoxluğundan aldığı güclə İstanbul London, Paris və Moskva ilə birgə Avropanın dörd meqa şəhərindən biri olmaq yolunda irəliləyir.

Tags:  İstanbul dünyanın 20-ci meqa şəhəri seçilib



RƏYLƏR


Top news