Heydər Əliyev gələcək nəsillər üçün milli mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyub

Heydər Əliyev gələcək nəsillər üçün milli mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyub
17:03 12 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Ulu öndər Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, güclü və demokratik dövlət qurulması istiqamətində fəaliyyəti misilsizdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində dekabrın 12-də Fəxri xiyabana ziyarətə gələn Bakı sakini Mais Ağayev bildirib.
O deyib ki, Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyub.
Vurğulayıb ki, müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda - 1993-cü ilin iyununda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə ictimai-siyasi vəziyyət stabilləşmiş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrətini artırmışdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_gelecek_nesiller_uchun_milli_menevi_deyerleri_yasatmaga_qadir_olan_bir_olke_miras_qoyub-910727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR