Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın iş adamlarına Ufa şəhərində logistik mərkəz inşa etmək təklif olunur

Azərbaycanın iş adamlarına Ufa şəhərində logistik mərkəz inşa etmək təklif olunur

ABŞ Gürcüstanda hərbi baza inşa edəcək (11 Fevral 2017 17:32)

Tarix: 12 Dekabr 2015 17:08


Bakı, 12 dekabr, AZƏRTAC
Rusiyanın "Merkuriy-İnvest" şirkəti Azərbaycanın iş adamları ilə əməkdaşlıq qurmaq niyyətindədir.
Bu barədə AZƏRTAC-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan şirkət iş adamlarına Ufa şəhərində logistik mərkəz inşa etməyi təklif edir. Şirkət, eyni zamanda, "Merkuriy" ticarət mərkəzini icarəyə verməyə hazırdır. Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində fəaliyyət göstərən şirkət daşınmaz əmlakın alqı-satqısı və icarəsi sahəsində vasitəçilik xidmətləri göstərir.

Teqlər:  Azərbaycanın adamlarına Ufa şəhərində logistik mərkəz inşa etmək təklif olunur



RƏYLƏR


Top xəbərlər