Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ümummilli Liderin xatirəsi Budapeştdə də anılıb

Ümummilli Liderin xatirəsi Budapeştdə də anılıb

Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib (10 Mart 2017 13:02)
"Heydər" məscidində Xocalı qurbanları anılıb (24 Fevral 2017 16:12)

Tarix: 12 Dekabr 2015 17:08


Budapeşt, 12 dekabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan konsert təşkil edilib. Konsertdən əvvəl tamaşaçılara Heydər Əliyevin ömür yolu və müasir Azərbaycan dövlətinin qurulmasındakı böyük xidmətləri haqqında məlumat verilib.
“Duna Palota” sarayında keçirilən konsertdə Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Dunay” simfonik orkestri rəngarəng proqramla çıxış edib. Macar tamaşaçıları bir-birindən fərqli musiqi əsərlərini – görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Fikrət Əmirovun simfonik əsərlərini və operalarından ariyaları, Robert Şumanın “Pianino üçün konsert”ini, Pyotr Çaykovskinin “Altıncı simfoniyası”nı, Françesko Çileanın “Arlesiana” operasından uvertüranı dinləyiblər. Vokal partiyaları Milandakı məşhur La-Skala opera teatrının gənc azərbaycanlı solisti Azər Rzazadə, pianino partiyalarını isə beynəlxalq müsabiqələr laureatı Balaş Yanoş ifa ediblər.
Konsertin tamaşaçıları arasında incəsənət ustaları, Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mətbuat təmsilçiləri və şəhərdəki Azərbaycan diasporunun üzvləri olublar.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt



Teqlər:  Ümummilli Liderin xatirəsi Budapeştdə anılıb



RƏYLƏR


Top xəbərlər