Tehranda “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı Koordinasiya Şurasının görüşü keçiriləcək

Tehranda “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı Koordinasiya Şurasının görüşü keçiriləcək
17:08 12 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
Dekabrın 20-21-də İranın paytaxtı Tehran şəhərində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Koordinasiya Şurasının görüşü keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Görüşdə konkret məsələlər müzakirə ediləcək. Birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr dəmir yolu çəkiləcək. Bundan başqa, 100 metrlik körpü də tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir", - deyə Cavid Qurbanov vurğulayıb.
O bildirib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan üçün əhəmiyyətli bir dəhlizdir. İranla Rusiya arasında yük dövriyyəsi 10 milyon ton, Avropa ilə Hindistan arasında isə 25 milyon tondan çoxdur. Bu yükləri Azərbaycan üzərindən aparmaq daha asandır. “Biz yüklərin Azərbaycan üzərindən aparılması üçün prosedurları sadələşdirməyə çalışırıq”, - deyən C.Qurbanov Prezident İlham Əliyevin Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradıldığını xatırladıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_Simal_Cenub_neqliyyat_dehlizi_ile_bagli_Koordinasiya_Surasinin_gorusu_kechirilecek-910731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR