Ciddi təhlükədən xəbər verən ağrılar - SİYAHI

Ciddi təhlükədən xəbər verən ağrılar - SİYAHI
17:12 12 Dekabr 2015
100 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az diqqətə alınması lazım olan ağrıları təqdim edir:

1. Keçməyən və təkrarlanan baş ağrısı:

Səbəbi bəlli olmayan və nə etsəniz də keçməyən, xüsusilə əvvəllər olmadığı qədər şiddətli olan, ağrı kəsiciyə cavab verməyən, ürək bulanması, qusma və görmə probleminin də müşayiət olunan baş ağrınız varsa mütləq mütəxəssisə müraciət edin. Çünki keçməyən baş ağrıları bəzən beyin daxilində kütlə, serebrovaskulyar xəstəlik və ya anevrizmanın xəbərçisi ola bilər. Eynək istifadə edən insanlarda görmə problemi varsa, bu da ağrı kəsiciyə cavab verməyən baş ağrısına səbəb ola bilər. Qlaukoma kimi tanınan göz təzyiqi da xüsusilə gözdə qızartı və bulanıq görmənin müşayiət etdiyi baş ağrılarında ağla gəlməlidir, bu problemlərin qiymətləndirilməsi üçün bir mütəxəssisə müraciət edilməlidir.
 
2. Sinə, boğaz, çənə, çiyin, qol və ya qarın bölgəsində görülən şiddətli ağrılar:
 
Keçməyən döş ağrısı sətəlcəm pnömotoraks deyilən ağciyər sönməsi, ağciyərdə maye toplanması və ya ürək tutmasının xəbərçisi ola bilər. Ürək xəstəliklərinin əsasən ağrıyla ortaya çıxdığını unutmayın. Ürək problemi yaşayan xəstələr şikayətlərini adətən "qəlbimi sanki bir əl sıxır, sinəmə bir fil oturub kimi hiss edirəm şəklində ifadə edərlər. Ürək xəstəliklərində sinə ağrısına həmçinin yuxarı döş, boğaz, çənə, sol çiyin, qol və ya qarın içində görünən ağrı və ürək bulanması müşayiət edə bilər. Bundan başqa, ürək xəstəliyi, şişkinlik, sıxıntı və ya qarında narahatlıq kimi simptomları da təqlid edə bilər. Diabeti olan insanlarda ürək tutmaları heç döş ağrısı olmadan, sadəcə, ürək bulanması şəklində də özünü göstərə bilər.
 
3. Kürək və ya bel sümükləri arasında görünən ağrı:

Bu cür ağrıların ən sıx səbəbi artritdir. Xüsusilə səhər tutulmalarının müşayiət etdiyi və hərəkətlə keçən ağrılarda romatizmal vəziyyətlərdən şübhələnmək lazımdır. Öd kisəsi problemlərində çiyinə vuran ağrı ola bilər.
 
4. Şiddətli Qarın Ağrısı:

Öd kisəsi və mədəaltı vəzi problemləri, mədə xorası və bağırsaq keçməməzliyi vəziyyətləri özünü şiddətli qarın ağrısı ilə ortaya qoya bilər. 
 
5. Baldır Ağrısı:

Az məlum olan təhlükələrdən biri dərin venaların trombozu (DVT) dur. İki ayaq arasındakı səviyyə fərqinin müşayiət etdiyi ayaq ağrısı ayağın dərin damarlarında meydana gəlmiş bir qan laxtalanmasının xəbərçisi ola bilər. DVT, əməliyyat və ya köklük səbəbindən uzun müddətli yataq rejimi, ya da uzun məsafəli səyahətdən qaynaqlanan hərəkətsizlik, hamiləlik, laxtalanma maili olan və bunu bilməyən insanlarda doğum nəzarət həblərinin istifadəsi sonrası, siqaret istifadəsi səbəbindən bəzən də xərçəng xəstələrində görünə bilir.
 
6. Yanan Ayaqlar:

Ölkəmizdə diabet xəstələrinin sayını nəzərə alsaq ən sıx görülən şikayətlərdən biri də xüsusən ayaqlarda görülən yanma hissidir. Ayaq və ayaqlarda görülən yanında periferik nefropatiyanın ilk işarələrindən biri ola bilər. Bu vəziyyət diabetdən başqa, vitamin çatışmazlıqları, spirt istifadəsi kimi səbəblərə bağlı ola bilər.
 
 7. Qarışıq və tibdə açıqlanmayan ağrılar:

Aparılan müayinə və testlərlə heç bir səbəbə bağlanmayan ağrılarda özünü fiziki əlamətlərlə göstərən depressiya da nəzərə alınması lazım gələn xəstəliklərin önündə gəlir. Bəzən xəstələrdə heç bir səbəb olmadan şiddətli baş ağrısı, qarın ağrısı görünə bilər. Bu halda mütləq bir mütəxəssis psixiatr dəstəyi almaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/389683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR