Küveytdə keçirilən anım mərasimində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edilib

Küveytdə keçirilən anım mərasimində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edilib
17:18 12 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara məlumat verilib. Əsası Ulu Öndər tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə söhbət açılıb.
Sonra müasir Azərbaycanın banisi Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə Ümummilli Liderin xatirəsinə həsr olunmuş fotosərgi, onun həyat və fəaliyyətindən bəhs edən kitablar sərgilənib.
Küveytin vəqflər və islam işləri nazirinin müavini Adil Abdulla Əl-Fəlah tərəfindən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən və ərəb dilində yazılmış “Heydər Əliyev və milli dəyərlər” kitabı, həmçinin Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun müəllifi olduğu və səfirlik tərəfindən ərəb dilinə tərcümə edilmiş “İlham Əliyev. Bioqrafiya davam edir” kitabı tədbir iştirakçılarına paylanılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveytde_kechirilen_anim_merasiminde_Ulu_Onderin_heyat_ve_fealiyyetinden_behs_edilib-910738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR