Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraq Kürdüstanı Türkiyə vasitəsilə Avropaya qaz nəql etmək istəyir

İraq Kürdüstanı Türkiyə vasitəsilə Avropaya qaz nəql etmək istəyir

Date: 12 December 2015 17:18


Bakı, 12 dekabr, AZƏRTAC
İraqın şimalındakı kürd muxtariyyətinin hökuməti 2016-cı ilin sonuna qədər Türkiyəyə təbii qaz çatdırılmasını planlaşdırır. Bu barədə regional Kürdüstan hökumətinin iqtisadi məsələlər üzrə müşaviri Bevar Hansi İraqın “Alsumaria” telekanalına müsahibəsində bildirib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Bevar Hansinin sözlərinə görə, region Türkiyə vasitəsi ilə Avropaya hər gün 10 milyard kubmetr qaz ixrac etmək fikrindədir. 2020-ci ilin əvvəlində isə istehsalat həcminin 20 milyard kubmetrədək artırmaq imkanı var.
Hazırda bölgədə kəşf olunmuş qaz yataqlarının həcmi təxminən 45 milyard kub metr təşkil edir. Lakin region hökumətinin ehtimalına görə, bütün ehtiyatların mümkün həcmi 5,7 trilyon kubmetrə çata bilər.
Müşavir, həmçinin İran ərazisindən keçməklə Asiya qitəsinə də qaz kəmərinin çəkilməsinin planlaşdırıldığını deyib.
Xatırladaq ki, Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraq Kürdüstanının rəhbərliyi muxtariyyətin ərazisindəki neft yataqlarını nəzarətinə götürüb. Böyük Britaniyanın bp şirkətinin məlumatına əsasən, bölgədə neft ehtiyatlarının həcmi 45 milyard barrel təşkil edə bilər. Bu isə İraqın ümumi ehtiyatının üçdə biri deməkdir. 2016-cı ilin iyul ayında region rəhbərliyi ölkənin mərkəzi hakimiyyətindən müstəqil olaraq neft ixracına başladıqlarını elan edib.

Tags:  İraq Kürdüstanı Türkiyə vasitəsilə Avropaya qaz nəql etmək istəyir


RƏYLƏR


Top news