NBA: "Boston" da "Qolden Steyt"i dayandıra bilmədi, "Oklahoma" "Yuta"ya qalib gəldi (Nəticələr)

NBA-nın müntəzəm çempionatında mübarizə davam edir.

Dekabrın 11-dən 12-nə keçən gecə NBA-da ümumilikdə 11 görüş keçirilib. Gecənin mərkəzi matçı "Boston""Qolden Steyt" arasında oynanılıb. İki overtayma gedən matçda iki dəfə "Boston"un son hücumu xala çevirmək şansı olub. Ancaq "Seltiks" şansların heç birindən düzgün istifadə edə bilməyib. Sonda çətinliklə olsa da, qələbə qazanan "Qolden Steyt" məğlubiyyətsiz oyunlar seriyasını 24-ə çıxarıb. Bir digər maraqla gözlənilən oyunda isə "Oklahoma" səfərdə "Yuta"ya qalib gəlib.

NBA-da gecənin nəticələri belədir:

"İndiana" - "Mayami" - 96:83

"Orlando" - "Klivlend" - 76:111

"Filadelfiya" - "Detroyt" - 95:107

"Boston" - "Qolden Steyt" - 119:124 (overtaym)

"Toronto" - "Miluoki" - 90:83

"Memfis" - "Şarlott" - 99:123

"Nyu-Orlean" - "Vaşinqton" - 107:105

"Denver" - "Minnesota" - 111:108 (overtaym)

"Yuta" - "Oklahoma" - 90:94

"San Antonio" - "Leykers" - 109:87

"Finiks" - "Portlend" - 96:106


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR