Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulu öndər Heydər Əliyevin zəngin irsi bütün bəşəriyyət üçün böyük töhfədir

Ulu öndər Heydər Əliyevin zəngin irsi bütün bəşəriyyət üçün böyük töhfədir

Date: 12 December 2015 17:23


Bakı, 12 dekabr, AZƏRTAC 
Ulu öndər Heydər Əliyevin zəngin irsi təkcə xalqımız üçün deyil, bütün bəşəriyyət üçün böyük töhfədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətində keçirilən anım tədbirində səsləndirilib.
Əvvəlcə Xidmətin əməkdaşları Ədliyyə Nazirliyinin şəxsi heyətinin tərkibində Ulu Öndərin məzarını ziyarət ediblər.
Sonra mərasim Penitensiar Xidmətin Baş İdarəsində davam etdirilib.
Xidmətin rəisi vəzifəsini icra edən ədliyyə general-mayoru Hüseyn Əlixanov müasir müstəqil Azərbaycanın tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi daxil olan Ümummilli Liderin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən söz açıb. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb, müstəqilliyimizi möhkəmləndirib, Azərbaycanı qüdrətli dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqına sədaqətlə xidmət etməsi, ən çətin və mürəkkəb şəraitlərdə ölkəmizin müstəqilliyi naminə öz həyatını risk altına qoymaqdan belə çəkinmədiyi vurğulanıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılıb.
Xidmət əməkdaşları da çıxış edərək dahi şəxsiyyətin xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib, Ümummilli Liderin Vətən və xalq yolundakı misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıblar.
Sonda tədbir iştirakçıları Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyətini əks etdirən sənədli filmə baxıblar.




Tags:  Ulu öndər Heydər Əliyevin zəngin irsi bütün bəşəriyyət böyük töhfədir


RƏYLƏR


Top news