"AVRO-2016": Püşk kimin üzünə güləcək? - YENİLƏNİR

"AVRO-2016": Püşk kimin üzünə güləcək? -   YENİLƏNİR
17:27 12 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Fransanın paytaxtı Parisdə 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Fanat.az xəbər verir ki, iyunun 10-dan iyulun 10-dək davam edəcək yarışın 24 iştirakçısı püşkatmada iştirak edəcək. 

Bakı vaxtı ilə saat 21.00-da başlayacaq mərasimdə komandalar 6 qrupa bölünəcək. Artıq bunun üçün ayrılmış 4 səbətin tərkibu tam bəllidi. 

Püşkü Hollandiya ilə 1988-ci ilin Avropa çempionu Ruud Qullit və 1998-ci il dünya, eləcə də 2000-ci il Avropa çempionu olmuş fransalı Biksant Lizarazyu çəkəcək. Yalnız A qrupunda 1 komandanın adı bəllidi. Bu da meydan sahibi olduğundan Fransadı.

Qeyd edək ki, siyasi səbəblərə münasibətləri yaxşı olmayan Türkiyə millisi 3-cü səbətdədi və Rusiya ilə bir qrupda mübarizə aparmağa yaxındı.

A qrupu
Fransa

1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna 
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotavro-2016quot-puk-kimin-uzun-gulck-t46090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR