Rusiya Suriyaya yeni vertolyotlar göndərdi - VİDEO

Rusiya Suriyaya yeni vertolyotlar göndərdi - VİDEO
17:27 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyaya yeni hərbi texnika göndərib. Belə ki, "Mi-35M" döyüş vertolyotları Suriyanın Hmeymim aviabazasında peyda olub. Bunu RT telekanalının aviabazada apardığı çəkilişlərdən də görmək olar.

Milli.Az xəbər verir ki, virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, indiyədək Suriyaya "Mi-35M" döyüş vertolyotları göndərilməyib və onlardan bu ölkədəki əməliyyatlarda istifadə olunmayıb. Bu hava döyüş maşınları əvvəllər yalnız İraqa ixrac olunub.

"Mi-35M" döyüş vertolyotları "Mi-24V" vertolyotlarının modernləşmiş variantıdır. Təkmilləşdirilmiş konstruksiyaya malik bu vertolyotlar 2005-ci ildən seriya istehsalına buraxılıb.

Xatırladaq ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyadakı hərbi əməliyyatlarda iştirak edir. Rusiyanın aviasiya qrupu Latakiya şəhərinin yaxınlığındakı Hmeymim aviabazasında yerləşir. Rusiyanın burada 70 hərbi təyyarəsi döyüş növbəsi çəkir.

Rusiyanın Suriyadakı hərbi-dəniz qüvvələrinə isə 10 gəmi daxildir. Onların 6-sı Aralıq dənizində döyüş növbəsindədir. Latakiya sahillərində də "Moskva" raket kreyseri növbə çəkir. Xəzər donanmasının gəmiləri isə oktyabrın 7-də və noyabrın 20-də əməliyyatlara cəlb olunub.

Türkiyə F-16-ları noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurandan sonra Rusiya Suriyadakı aviabazaya S-400 zenit-raket komplekslər də yerləşdirib. Dekabrda Rusiya İŞİD yaraqlılarının mövqelərinə ilk dəfə olaraq Aralıq dənizindəki "Rostov Don" sualtı qayığından zərbələr endirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR