Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
17:28 12 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 12-də Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin barelyefi önündə anım mərasimi keçirilib.

Mərasimdə diaspor fəalları, Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Kazım Çavuşoğlu və diplomatları, şəhərdə təhsil alan tələbə və gənclər, habelə ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimin əvvəlində tədbir iştirakçıları ulu öndərin barelyefi önünə gül dəstələri qoyublar.

Mərasimdə çıxış edən baş konsul Elşad Qulamov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən söz açıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Baş konsul bildirib ki, hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələrin həyata keçirildiyi və Prezident İlham Əliyevin ümummilli liderin qoyub getdiyi siyasi yolu ləyaqətlə davam etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

“Azərbaycanlıların dostları “Naxçıvan” ictimai təşkilatın sədri İdris Qəhrəmanov, Sankt-Peterburqun Azərbaycan diasporunun sədri Sabir Məsimov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Sankt-Ptereburq üzrə regional nümayəndəsi Mirtofiq Qasımov və başqaları ümummilli lider Heydər Əliyevin hərtərəfli fəaliyyəti haqqında çıxışlar edərək, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin gələcək üçün əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda mərasim iştirakçıları Azərbaycan mətbəxi Mərkəzində ehsan süfrəsinə dəvət olunublar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR