Hər qələbəyə 1 milyon avro

Hər qələbəyə 1 milyon avro
17:37 12 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Fransada keçiriləcək "Avro-2016"nın ümumi mükafat fondu artırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib.

O bildirib ki, turnirdə iştirak edəcək yığmaların hərəsinə 8 milyon avro veriləcək. Ümumilikdə turnirin mükafat fondu 301 milyon avro təşkil edəcək. 2012-ci ildə isə bu rəqəim 198 milyon idi. "Avro-2016"nın qrup mərhələsində qazanılan hər qələbəyə 1 milyon, heç-heçəyə 500 min avro mükafat veriləcək. 1/8 finala yüksələn iştirakçılar 1 milyon 500 min avro qazanacaq.

1/4 finalçıların hər biri 2,5 milyon avro, yarımfinalçılar əlavə 4 milyon avro irəli düşəcəklər. Turnirin qalibi 8 milyon avro alacaq. Həlledici görüşdə uduzana 5 milyon avro mükafat nəzərdə tutulub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR