Dahi liderin xatirəsini yad etmək bizim mənəvi borcumuzdur

Dahi liderin xatirəsini yad etmək bizim mənəvi borcumuzdur
17:38 12 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün bütün əhali Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana axın edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiklərini sözlə ifadə etmək mümkün deyil. Ona görə də havanın soyuq olmasına baxmayaraq, dahi liderin xatirəsini yad etmək bizim mənəvi borcumuzdur.
Bu sözləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etməyə gəlmiş 225 nömrəli məktəbin direktor müavini Zemfira Nusalova AZƏRTAC-a müsahibəsində deyib.
Z.Nusalova artıq bir neçə gündür Ulu Öndərinin vəfatının ildönümü ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyi qeyd edərək, bu mərasimlərdə insanların ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrinin bitib-tükənmədiyinin, hər kəsin onun haqqında böyük hörmətlə danışdığının şahidi olduğunu söyləyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dahi_liderin_xatiresini_yad_etmek_bizim_menevi_borcumuzdur-910744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR