“Azəryolservis” ASC-nin əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini anıblar

“Azəryolservis” ASC-nin əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini anıblar
17:38 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
“Azəryolservis” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Səhmdar Cəmiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.
Bildirilib ki, tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Daha sonra cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeryolservis_ASC_nin_emekdaslari_ulu_onder_Heyder_Aliyevin_xatiresini_aniblar-910742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR