Ağdam teatrında "Qaçaq qocalar" tamaşasının premyerası olub

17:42 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a teatrın direktoru Məhəmməd Hüseynov məlumat verib.
O qeyd edib ki, Ağdamın Quzanlı qəsəbəsindəki Mədəniyyət evində fəaliyyət göstərən teatr cəbhə bölgəsində yerləşdiyindən sərhədyanı kəndlərdə tamaşalar nümayiş etdirir:
"1993-cü ildən sonra teatrımızın işi əvvəlki axarı ilə davam etməsə də, fəaliyyətimizi dayandırmırıq. Hər il 4 yeni tamaşa hazırlayırıq. Bir neçə gün əvvəl Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşasının premyerasını etdik. Əsər tamaşaçıların marağına səbəb oldu. Hazırda teatrımızda Xocalı faciəsi ilə bağlı yeni tamaşa hazırlanır". 
M.Hüseynov bildirib ki, teatr Quzanlıda fəaliyyətini normal şəkildə davam etdirir: "Teatrın yerləşdiyi Mədəniyyət evinin binası əsaslı təmir olunub. Tamaşalarımızı həm teatrın binasında, həm də teatrdan kənarda oynaya bilirik".

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/agdam-teatrinda-qacaq-qocalar-tamasasinin-premyerasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR