SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
17:43 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin, çoxminli kollektivinin təmsilçiləri dekabrın 12-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin nümayəndələri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçək dəstələri düzüblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_choxminli_kollektivinin_temsilchileri_ulu_onder_Heyder_Aliyevin_mezarini_ziyaret_edibler-910747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR