Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünü gəncəlilər böyük ehtiramla anıblar

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünü gəncəlilər böyük ehtiramla anıblar
17:43 12 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 12 dekabr, Sabir Əliyev, AZƏRTAC
Əsl xilaskarlıq missiyası ilə həmişə xalqının yanında olan, çətin vəziyyətlərdə uzaqgörən siyasəti ilə onu bəlalardan xilas edən dahi rəhbər, ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü gəncəlilər tərəfindən böyük ehtiramla qeyd edilib.
Dekabrın 12-də şəhərin mərkəzi meydanı izdiham içərisində idi. İnsanlar görkəmli dövlət xadiminin meydanda ucaldılmış abidəsi önünə toplaşaraq Ulu Öndərin Azərbaycan xalqı üçün gördüyü işləri minnətdarlıqla xatırlayır, ehtiramlarını bildirirdilər. Əllərində tər qərənfillər tutmuş şəhər sakinləri dahi rəhbərə həsr olunmuş mahnıların sədaları altında xatirələrini danışır, Ulu Öndərin insanların firavan həyatı üçün etdiklərini yada salırdılar.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyəti dahi rəhbərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Hər şey bir kino lenti kimi göz önündən keçirdi. Ölkədə yaranan xaos və anarxiya, özbaşınalıqlar, vəzifə davası. Həmin dövrdə Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, bəlkə də Azərbaycan adlı dövlət yer üzündən silinəcəkdi. Ölkəni bu vəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilərdi. Xalqın çağırışı ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanı bu bəlalardan xilas etdi.
Qısa vaxt keçməsinə baxmayaraq Ulu Öndərin abidəsi tər qərənfillərə qərq olmuşdu. İnsan axını isə hələ də davam edirdi...
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_vefatinin_12_ci_ildonumunu_genceliler_boyuk_ehtiramla_aniblar-910745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR