Macarıstanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert (FOTO)

Macarıstanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert (FOTO)
17:48 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 11-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan konsert təşkil edilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, konsertdən əvvəl tamaşaçılara Heydər Əliyevin ömür yolu və müasir Azərbaycan dövlətinin qurulmasındakı böyük xidmətləri haqqında məlumat verilib.

“Duna Palota” sarayında keçirilən konsertdə Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Dunay” simfonik orkestri rəngarəng proqramla çıxış edib. Macar tamaşaçıları biri-birindən fərqli musiqi əsərlərini – Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Fikrət Əmirovun simfonik əsərlərini və operalarından ariyaları, Robert Şumanın “Pianino üçün konsert”ini, Pyotr Çaykovskinin “Altıncı simfoniya”sını, Françesko Çileanın “Arlesiana” operasından üverturanı dinləyiblər. Vokal partiyaları Milandakı məşhur La-Skala opera teatrının gənc azərbaycanlı solisti Azər Rzazadə, pianino partiyalarını isə beynəlxalq müsabiqələr laureatı Balaş Yanoş ifa edib.

Böyük uğur qazanan konsertin tamaşaçıları arasında incəsənət ustaları, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, mətbuat təmsilçiləri və şəhərdəki Azərbaycan diasporunun üzvləri olub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2468917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR