Ümummilli lider Heydər Əliyevin zəngin siyası irsini biz gənclər dərindən öyrənməliyik

Ümummilli lider Heydər Əliyevin zəngin siyası irsini biz gənclər dərindən öyrənməliyik
17:48 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyası irsini biz gənclər dərindən öyrənməliyik.
Bu sözləri Ümummilli Liderimizin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana ziyarətə gəlmiş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Toğrul Məmmədli deyib.
O qeyd edib ki, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşıb. Onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mahiyyət kəsb edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
T.Məmmədli bildirib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladığı dövlət proqramları gənc nəslin təhsili, tərbiyəsi və inkişafı istiqamətində məqsədyönlü addımlardandır. Bütün bunlar bizi daha böyük nailiyyətlər qazanmağa sövq edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_zengin_siyasi_irsini_biz_gencler_derinden_oyrenmeliyik-910750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR