Müstəqil Azərbaycanın qazandığı nailiyyətlərin əsasında Ulu Öndərin ölməz ideyaları dayanır

Müstəqil Azərbaycanın qazandığı nailiyyətlərin əsasında Ulu Öndərin ölməz ideyaları dayanır
17:53 12 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq qazandığı bütün nailiyyətlərin əsasında xalqımızın ulu öndəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ideyaları dayanır.
Bu sözləri dekabrın 12-də Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Dövlət Dəmir Yolu Liseyinin direktoru, fəlsəfə doktoru Həsən Bayramov AZƏRTAC-a müsahibəsində deyib.
H.Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsində müstəsna xidmətlər göstərib. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Ümummilli Liderin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz fəaliyyəti hər zaman qədirbilən xalqımız tərəfindən dərin minnətdarlıqla qeyd olunur, onun əziz və işıqlı xatirəsi əbədi ehtiram və məhəbbət hissi ilə yad edilir.
Ümummilli liderin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsində əvəzsiz xidmətlərini xüsusi vurğulayan H.Bayramov deyib: “Bu gün Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, möhtəşəm quruculuq işləri, iqtisadiyyatda və siyasətdə dinamik inkişaf dahi şəxsiyyətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musteqil_Azerbaycanin_qazandigi_nailiyyetlerin_esasinda_Ulu_Onderin_olmez_ideyalari_dayanir-910752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR